Pleyeri seçin:

DSX-dən əməliyyat | İranla sərhəddə 64 kq narkotik aşkarlandı

26 dekabr 2023 576 baxış

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə cəhd edən şəxslər saxlanılıblar.

DSX-dən verilən xəbərə görə, dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dörd nəfər naməlum şəxsin İrandan Azərbaycana hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.

Sərhəd naryadının sayıqlığı və peşəkarlığı nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən sərhəd pozucularından biri Yardımlı rayon Ostayır kənd sakini − Xalid Teyyub oğlu Rəhimov saxlanılıb.

Əraziyə keçirilən baxış zamanı ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə (64 kiloqram 300 qram marixuana, 32 qram tiryək) və 100 ədəd psixotrop tərkibli “Dimenhydrinate 50 mg - Jalinous” həbləri aşkar edilərək götürülüb.

Ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvlərinin şəxsiyyətləri müəyyənləşdirilib. Dekabrın 25-i saat 00:35-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş təxirəsalınmaz sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində rayon sakinləri − Saiq Teyyub oğlu Rəhimov və Cavid Əliisa oğlu Cabbarov, saat 10:30-da isə axtarışı davam edən digər qaçaqmalçı – Nurlan Fitat oğlu Qasımov saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Banner
Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Hadisə
10 noyabr 2026 576 baxış
“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

Hadisə
10 noyabr 2026 576 baxış
184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

Hadisə
09 noyabr 2026 576 baxış
Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Hadisə
08 noyabr 2026 576 baxış
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 576 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 576 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 576 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 576 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 576 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 576 baxış
Seçilmişlər
icon