Pleyeri seçin:

Epilepsiyalı övladını əməliyyat etdimək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası

19 oktyabr 2026 14 baxış

Gəncədə yaşayan ailə internet dələduzlarının qurbanına çevrildiyini iddia edir.

Övladının müalicəsi üçün kredit götürmək istəyən Kəmalə Mənsimova sosial şəbəkədə rastlaşdığı kredit elanı nəticəsində 22 min manat ziyana düşdüyünü bildirir.

Onun sözlərinə görə, epilepsiya xəstəsi olan övladının əməliyyata ehtiyacı var. Ailə maddi çətinliklərlə üzləşdiyindən müalicə xərclərini qarşılamaq üçün kredit götürmək qərarına gəlib.

Kəmalə Mənsimova bildirib ki, “TikTok” platformasında “TuranBank”ın adından yayımlanan reklamda göstərilən nömrə ilə əlaqə saxlayaraq onlayn kredit üçün müraciət ediblər. Daha sonra onlardan bank kartı təqdim etmələri istənilib.

İddialara görə, əvvəlcə ailəyə 16 min manat kredit ayrıldığı bildirilib. Lakin zərərçəkənin həyat yoldaşının kartında limitin az olduğu deyildikdən sonra onun iş yoldaşının kartı təqdim edilib.

Bir müddət sonra qarşı tərəf hesablarına 16 min manat əvəzinə səhvən 22 min manat köçürüldüyünü iddia edib. Pulun geri qaytarılması üçün ailədən vəsaiti nağdlaşdıraraq göstərilən karta köçürmək tələb olunub. Bunun müqabilində kreditin yenidən rəsmiləşdiriləcəyi bildirilib.

Lakin ailə vəsaiti çıxarmaq üçün banka müraciət etmək istəyəndə qarşı tərəflə əlaqə saxlamaq mümkün olmayıb. Onlar hesabda pul olmadığını da aşkar ediblər.

Kəmalə Mənsimovanın sözlərinə görə, məsələ ilə bağlı müvafiq banklara müraciət edilib, həmçinin polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vətəndaşın pul vəsaitinin ələ keçirilməsi ilə bağlı ərazi polis şöbəsinə müraciəti daxil olub. Hazırda araşdırma aparılır.

Xəstə övladına görə dələduzların toruna düşdü - Baku TV CANLI

Xəstə övladına görə dələduzların toruna düşdü - Baku TV CANLI

Hadisə
19 oktyabr 2026 14 baxış
"Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV

"Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV

Hadisə
19 oktyabr 2026 14 baxış
Şamaxıda faciəvi hadisənin detalları məlum oldu - Baku TV CANLI

Şamaxıda faciəvi hadisənin detalları məlum oldu - Baku TV CANLI

Hadisə
19 oktyabr 2026 14 baxış
"Sən evi necə tikə bilərsən, uşaqsan..." - Qardaşoğlu 3 ailəni 30 illik  evdən necə çıxardı?

"Sən evi necə tikə bilərsən, uşaqsan..." - Qardaşoğlu 3 ailəni 30 illik evdən necə çıxardı?

Hadisə
19 oktyabr 2026 14 baxış
12 nəfər niyə evsiz qaldı? | Üç ailə illərlə yaşadıqları evdən çıxarıldı? - Baku TV CANLI

12 nəfər niyə evsiz qaldı? | Üç ailə illərlə yaşadıqları evdən çıxarıldı? - Baku TV CANLI

Hadisə
19 oktyabr 2026 14 baxış
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - Baku TV

DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - Baku TV

Hadisə
19 oktyabr 2026 14 baxış
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV

Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV

Hadisə
18 oktyabr 2026 14 baxış
Qaradağda anbarı alov bürüdü | FHN qüvvələri hadisəyə müdaxilə etdi - Baku TV CANLI

Qaradağda anbarı alov bürüdü | FHN qüvvələri hadisəyə müdaxilə etdi - Baku TV CANLI

Hadisə
18 oktyabr 2026 14 baxış
Sanitar huşsuz pasiyenti döyüb? | Bərdədə xəstəxanada nə baş verib? - Baku TV

Sanitar huşsuz pasiyenti döyüb? | Bərdədə xəstəxanada nə baş verib? - Baku TV

Hadisə
18 oktyabr 2026 14 baxış
Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV

Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV

Hadisə
18 oktyabr 2026 14 baxış
Seçilmişlər
icon