Hövsanda məzarlıqdakı hasarlara qənim kəsildilər | Qəsəbə sakinləri hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu, Hövsan qəsəbəsində məzarlıqların birində oğurluq faktı qeydə alınıb.
Belə ki, qəbiristanlıqda vətəndaşların bir çoxu öz yaxınlarının məzarlarını dəmir barmaqlıqlarla hasara alıblar. Aprelin 23-də sözügedən ərazidə 400 manat məbləğində olan həmin dəmir barmaqlıqlardan biri oğurlanıb.
Sakinlərin sözlərinə görə, məzarlıqda nə nəzarətçi, nə də müşahidə kameraları var.
“Daha əvvəllər də oğurluq hadisələri baş verib. Elə vaxt olub ki, qapı qoyublar, onu da götürüb aparıblar. Kamera qoyulsa, yaxşı olar. Düşünürəm ki, kənd camaatı etməz, bu, narkomanların işidir”, ‒ deyə qəsəbə sakini bildirib.
Əldə olunan məlumata görə, əməli törədən şəxsi polis artıq saxlayıb. Onun qəbiristanlıqdakı digər bir məzardan da 350 manat dəyərində dəmir çəpərləri oğurladığı məlum olub.
#Hövsan qəsəbəsi teqi istifadə olunub
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV
- Zeytun sovxozunda aparılan işlər etiraz doğurdu
- “Zibilliyə döndərmişdilər” | Hövsanda xeyir-şər evi qalmaqalı sakinləri özündən çıxardı - Baku TV
