Pleyeri seçin:

Kriminal aləmi bir-birinə qatan mafiya başçısı kiminlə üzləşdi? | SONUNCU ŞAHİD

02 avqust 2024 360 baxış

Dəfələrlə həbs həyatı yaşamış kişi onu izləyən “kabus”a görə qatil olub.

Belə ki, Rəşid (Adlar şərtidir) müxtəlif cinayət əməllərinə görə dəfələrlə həbs edilərək məhbus həyatı yaşamışdı. Eyni zamanda onun adı kriminal aləmlə bağlı cinayət işində də hallanırdı. Hadisədən 5 il əvvəl o, həbsdən çıxıb, ailəsi ilə birlikdə başqa mənzilə köçüb, restoran biznesinə başlamışdı.

Bir gün Rəşid köməkçisi Sadiqlə işlətdiyi restorana gələndə müştərilərdən birinin ona qəribə baxdığını görür. Fikirləşir ki, həmin adam, bəlkə də, keçmişdə onun aid olduğu kriminal aləmdəndir.

Rəşid günün çox hissəsini keçirdiyi restoranda həm də öz pul haqq-hesablarını aparırdı. Birdən onun bu gün gördüyü adam yadına düşür və bir anlıq keçmişə qayıdır.

Rəşid adam oğurluğunda iştirak edib, bir nəfərə işgəncə verərək qətlə yetirmişdi. İndi də düşünürdü ki, bu, öldürdüyü adamın qisasını almağa gələn qardaşı, ya da yaxını ola bilər.

Günortadan sonra Rəşid Sadiqə “Maşını götürüb şəhərə gedirəm, sən ardımca gələrsən” deyir. Bunu deyəndə birdən yolun qarşı tərəfində bu gün səhər ona şübhəli gələn şəxsi görür. Halı dəyişir və bir də diqqətlə həmin yerə baxanda artıq orada heç kimi görmür.

Rəşid həyat yoldaşı Mirvari ilə özünə mağazadan paltar almağa gedərkən həmin şəxs yenidən onun gözünə görünür. Mirvari onun niyə həyəcanlandığını soruşsa da, Rəşid cavab vermir.

Hadisə baş verən gün Rəşid əsəbi halda telefonla keçmiş tanışına zəng edib “Məni kimsə izləyir. Bu gün mütləq görüşək” deyir. Daha sonra həyat yoldaşı ilə görüşür. Elə bu vaxt onlara tərəf baxan şübhəli şəxsi görür.

Rəşid köməkçisindən silahı istəyib, qərar verir ki, onu izləyən kabusun sonuna çıxsın. Silahı götürən kimi arxasınca gələn oğlana ard-arda atəş açır və onu qətlə yetirir. Lakin həmin adamın kim olduğu və onu niyə izlədiyi ilə maraqlanmır.

Daha sonra hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən aparılan tədbirlərlə Rəşid saxlanılaraq istintaqa təhvil verilir.

Traktorla avtomobil toqquşdu, "Qazel" isə aşdı

Traktorla avtomobil toqquşdu, "Qazel" isə aşdı

Hadisə
25 yanvar 2026 360 baxış
Salyanda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb

Salyanda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb

Hadisə
25 yanvar 2026 360 baxış
Yasamal rayonunda 5 avtomobil toqquşdu

Yasamal rayonunda 5 avtomobil toqquşdu

Hadisə
25 yanvar 2026 360 baxış
Şirvanda bıçaqlanma hadisəsi | Araşdırma aparılır - Baku TV CANLI

Şirvanda bıçaqlanma hadisəsi | Araşdırma aparılır - Baku TV CANLI

Hadisə
25 yanvar 2026 360 baxış
Salyanda duman zəncirvari qəzaya səbəb oldu | 7 avtomobil toqquşdu, xəsarət alanlar var - Baku TV

Salyanda duman zəncirvari qəzaya səbəb oldu | 7 avtomobil toqquşdu, xəsarət alanlar var - Baku TV

Hadisə
25 yanvar 2026 360 baxış
Paytaxt küçədə baş verən hadisənin səbəbi nədir? | ADSEA-dan açıqlama - Baku TV

Paytaxt küçədə baş verən hadisənin səbəbi nədir? | ADSEA-dan açıqlama - Baku TV

Hadisə
25 yanvar 2026 360 baxış
AQTA saxta “krevetka” iddiaları ilə bağlı təcili hərəkətə keçdi - Baku TV

AQTA saxta “krevetka” iddiaları ilə bağlı təcili hərəkətə keçdi - Baku TV

Hadisə
25 yanvar 2026 360 baxış
Məmurun evinə gizli kamera quraşdırıb, 5 milyon dollar tələb etdi - Baku TV

Məmurun evinə gizli kamera quraşdırıb, 5 milyon dollar tələb etdi - Baku TV

Hadisə
24 yanvar 2026 360 baxış
Abşeronda dəhşətə gətirən hadisə | Sakinlər hər şeyi danışdı - Baku TV

Abşeronda dəhşətə gətirən hadisə | Sakinlər hər şeyi danışdı - Baku TV

Hadisə
24 yanvar 2026 360 baxış
“Səs çıxmadı, qapını sındırdım” | Qusarda baş verən ailə faciəsinin detalları - Baku TV

“Səs çıxmadı, qapını sındırdım” | Qusarda baş verən ailə faciəsinin detalları - Baku TV

Hadisə
24 yanvar 2026 360 baxış
Seçilmişlər
icon