Nərimanovda qətl | Ölən şəxsin qonşusu danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Gecə saat 3 radələrində Mirzə Uluqbəy 123 ünvanında Etibar Əliyev qonşusu Elşən Nəbiyev tərəfindən bıçaqlanıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Qeyd edilir ki, Etibar Əliyev sərxoş vəziyyətdə nalayiq sözlər işlətdiyinə görə cinayət hadisəsi olub.
Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı E.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
#Kriminal xəbərlər teqi istifadə olunub
- “Yalandan namaz qıla bilmərəm” | Cəmiyyət niyə “vor zakon”lara azarkeşlik edir? - AMİN
- Suraxanıda qandonduran cinayət | Baş Prokurorluq detalları açıqladı
- Ruhi xəstəyə də ürəyi yanmadı | Buzovnada tükürpərdən qətl hər kəsi şoka saldı
- Gizli qəzəb faciə ilə bitdi | Dostunu öldürən şəxs görün sonra nə etdi
- Arvadının olduğu hamam otağına girdi, sonra... | Gözləri görməyən şəxs niyə qatil oldu?
