Pleyeri seçin:

Onlayn yolla insanların pulunu ələ keçirən dəstə saxlanılıb

29 avqust 2023 346 baxış

Sosial şəbəkələr vasitəsilə vətəndaşları “kreditə qızıl satılır” adı altında kiberüsullarla talayan dəstə üzvləri saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiberüsullarla talanması barədə müraciətlər üzrə DİN əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də “kreditlə qızıl satılır” adı altında xüsusən “TikTok” sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır.

Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri, əvvəllər məhkum olunmuşlar – 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilib və qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Saxlanılan şəxslər vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçiriblər.

Dəstə üzvləri izi itirmək məqsədilə “kreditlə qızıl” almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə 150-dən artıq şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlayan 2001-ci il təvəllüdlü Kənan Bədirli müəyyən olunaraq saxlanılıb. Bu şəxs qeyri-qanuni vasitələrlə ələ keçirdiyi kart məlumatlarını müxtəlif mobil tətbiqlərdə qeydiyyatdan keçirib. Daha sonra Kənan Bədirli pul vəsaitlərini onlayn yolla öz hesabına transfer edərək silsilə oğurluqlar edib.

Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

Badamdarda baş verən partlayışın səbəbi bilindi - Baku TV

Badamdarda baş verən partlayışın səbəbi bilindi - Baku TV

Hadisə
16 sentyabr 2026 346 baxış
"Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV

"Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV

Hadisə
16 sentyabr 2026 346 baxış
Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Hadisə
15 sentyabr 2026 346 baxış
Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Hadisə
15 sentyabr 2026 346 baxış
Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
15 sentyabr 2026 346 baxış
"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

Hadisə
15 sentyabr 2026 346 baxış
DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

Hadisə
15 sentyabr 2026 346 baxış
23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

Hadisə
15 sentyabr 2026 346 baxış
Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV

Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV

Hadisə
15 sentyabr 2026 346 baxış
DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI

DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI

Hadisə
14 sentyabr 2026 346 baxış
Seçilmişlər
icon