Qurumlara müraciət etmişik, amma... | Şağan sakinlərinin evləri su altında qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yağan yağışlar Xəzər rayonunun Şağan qəsəbəsində də ciddi fəsadlara yol açıb. Bəzi ərazilər su altında qalıb.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, problem həll olunmayıb.
“Boruların gözü tutulur, kanalizasiya suları həyətlərə, evlərimizə dolur. Müvafiq qurumlara müraciət etmişik, baxan yoxdur. Xahiş edirik, bizə kömək etsinlər, bura kanalizasiya xətti çəksinlər, ağ günə çıxaq. İki aydır çox ağır vəziyyətdəyik, yaşamaq mümkün deyil. Uşaqlar məktəbə gedib-gələ bilmirlər, belimizdə aparırıq”, – deyə narazı sakinlərdən biri deyib.
Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sözçüsü Ceyhun Musaoğlu bildirib ki, Xəzər rayonu Şağan qəsəbəsində qurumun mərkəzləşdirilmiş tullantı su və yağış sularının kənarlaşdırılması şəbəkəsi mövcud deyil.
Sakinlər evlərini gölün ərazisində inşa ediblər. Bu səbəbdən də qrunt suları vaxtaşırı ətrafa yayılır. Belə fors-major hallar olduqda adıçəkilən qurum tərəfindən yağış sularının təmizlənməsi üçün hər bir köməklik göstərilir.
Ceyhun Musaoğlunun sözlərinə görə, intensiv yağıntılar zamanı texnikalar gücləndirilmiş rejimlə ərazidə fəaliyyət göstərir. Evlər tikilməzdən əvvəl ərazi göl olduğu üçün yağıntılar zaman qrunt suları daha da çoxalır.
#Xəzər rayonu teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
