Şəkidə ağır qəzada 2 uşaq öldü, 6 nəfər yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə ağır yol qəzası baş verib, iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər xəsarət alıb.
Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən daha əvvəl naməlum avtomobil tərəfindən vurulmuş və yolun hərəkət hissəsində qalan inəyi vurub. Sürücü dumanlı hava səbəbindən ölən inəyi görməyib. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı avtomobildə olan kənd sakinləri − 6 yaşlı Elşad Həşimov və 9 yaşlı Çiçək Əhmədova aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Qəza zamanı avtomobildə olan daha 6 nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda yaralılara ilkin tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.
#Şəki teqi istifadə olunub
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
