Pleyeri seçin:
Tanınmış cərrahın qətlə yetirildiyi bağ evi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 7-sinə keçən gecə Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib.
Belə ki, Türkiyə vətəndaşı 56 yaşlı Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Qətli törədən M.Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir. Hadisəni törədən M.Gündüz saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisənin hansı zəmində, hansı şəraitdə və nə səbəbdən baş verməsi hələlik məlum deyil, araşdırmalar davam etdirilir.
Kopyalandı
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?
- Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI
- Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI
- "O da sakit oğlan idi, bu da" | Çayxana qarşısındakı mübahisə qanla bitdi - Baku TV
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
