Xəstənin başına açmadıqları oyun qalmadı | Sensasiya yaradan həkim özbaşınalığı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda liposaksiya prosesini icra edən şəxsin peşə fəaliyyətinə zidd olan görüntüləri yayılıb.
Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə özünü həkim kimi təqdim edən Gülbadə Abdullayevanın liposaksiya əməliyyatı zamanı pasiyentin narkoz altında ikən qeyri-etik hərəkətlər və əməliyyat alətləri ilə rəqs etdiyi əks olunub.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi “Baku TV”nin sorğusunu cavablandırıb.
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Gülbadə Abdullayevanın adı Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur:
“Daxil olan sorğularda əməliyyatın “Dost Estetik Mərkəzi”ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Onların hər ikisi tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.
“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil”.
Həmçinin araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777”nin lisenziya olmadan tibbi fəaliyyət göstərdiyi müəyyən edilib.
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- "Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
