Xırdalanda ağacları kim kəsib? | Nazirlik məsələyə qarışdı
Abşeron rayonu, Xırdalan şəhərində bir gün ərzində 10-dan çox ağac kəsilib.
Hadisə Qalibiyyət və Mehdi Hüseynzadə küçələrinin kəsişməsində yerləşən obyektin qarşısında qeydə alınıb.
“Burada yaşıllıq çox idi, havası gözəl idi. Lakin bir gecə ərzində nə qədər ağac kəsdilər. Yaşıllıq gözəllikdir, oksigendir. Biz insanların haqqına girdilər. Bu qədər insanın kölgəsini kəsmək haqsızlıqdır”, – Xırdalan sakini deyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, araşdırma zamanı həmin ağacların qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü müəyyən edilib. Təbiətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
#Abşeron rayonu teqi istifadə olunub
- Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV
- "Mən bələdiyyə deyiləm" - Əhali boğaza yığıldı | "Ay qardaş, maşın dağıldı, yolu düzəldin" - Baku TV
- Köhnə avtomobilini yeniləmək istəyənlərin nəzərinə: 1050 manatlıq fürsət nədir? - Baku TV
- Məmmədli sakinlərinin kabusuna çevrilən bu yol necə yararsız hala düşdü? - Baku TV
- “Belə şey görülməyib, çox ciddi...” | Vətəndaşlar yaranan problemə görə şikayət etdi - Baku TV
