Pleyeri seçin:

“Yalan məlumatlar yayılır” | Gəncədəki hadisə barədə Baş Prokurorluq və DİN-dən məlumat

17 may 2025 831 baxış

Mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib.

Bununla belə, təəssüf hissi ilə qeyd olunub ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır. Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur.

Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır. Odur ki, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.

Daha bir azərbaycanlı dronun qurbanı oldu - ANA XƏBƏR

Daha bir azərbaycanlı dronun qurbanı oldu - ANA XƏBƏR

Hadisə
02 oktyabr 2026 831 baxış
“Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV

“Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV

Hadisə
02 oktyabr 2026 831 baxış
Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI

Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 831 baxış
Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI

Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 831 baxış
Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV

Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV

Hadisə
02 oktyabr 2026 831 baxış
"Hamilə vaxtı döydü, uşaq öldü" | Məşhur rəqqas Nicat barədə şok | “Atası dedi ki, arvadını öldür”

"Hamilə vaxtı döydü, uşaq öldü" | Məşhur rəqqas Nicat barədə şok | “Atası dedi ki, arvadını öldür”

Hadisə
02 oktyabr 2026 831 baxış
Coratda kişi 31 yaşlı arvadını amansızlıqla öldürdü - Baku TV CANLI

Coratda kişi 31 yaşlı arvadını amansızlıqla öldürdü - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 831 baxış
Cəlilabadda evi külən dönən ailə çarəsiz durumda - Baku TV CANLI

Cəlilabadda evi külən dönən ailə çarəsiz durumda - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 831 baxış
Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV

Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV

Hadisə
02 oktyabr 2026 831 baxış
Coratda ailə faciəsi | Qadın yoldaşı tərəfindən öldürüldü - Baku TV

Coratda ailə faciəsi | Qadın yoldaşı tərəfindən öldürüldü - Baku TV

Hadisə
02 oktyabr 2026 831 baxış
Seçilmişlər
icon