Azərbaycanın ərzaq böhranına qarşı gördüyü tədbirlər
Yeniliklərdən dərhal xəbərdar olun
“İstəsək də, istəməsək də, ərzaq məhsulları üzrə idxaldan həmişə asılı olacağıq”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
“Həm su, təbii ehtiyatlar, həm torpaqların şoranlaşması, eləcə də müxtəlif faktorlar baxımından idxaldan asılılığımız olacaq. Biz hansısa məhsul növləri üzrə idxaldan asılılığı azalda bilərik, amma taxıl, şəkər və ya ilkin istehlak üçün tələb olunan mallardan asılı olacağıq”, – deyə o qeyd edib.
E.Əliyev bildirib ki, əvvəllər Ukraynadan, Rusiyadan, Qazaxıstandan hər hansı məhsul idxal edirdiksə, bu gün həmin məhsulu Braziliyadan idxal edirik. Bu da logistika xərclərinə görə məhsulların qiymətinin qalxmasına səbəb olur.
“Ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bu işi görürük. Ərzaq böhranına hər an hazır olmalıyıq”, – deyə E.Əliyev vurğulayıb.
#Ərzaq böhranı teqi istifadə olunub
- Azərbaycan nə qədər hazırlıqlıdır?
- Qlobal ərzaq təhdidi qarşısında Azərbaycanın güclü və zəif tərəfləri hansılardır? - Baku TV
- Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər
- Köçkün düşərgəsində minlərlə insan susuzluq və xəstəliklərlə üz-üzə qalıb
- Trampın təzyiqləri İranı yavaş-yavaş çökdürür? | Sakinlərin yaşayış uğrunda mübarizəsi - Baku TV
