Pleyeri seçin:

Bu rəqəmlər göstərir ki... | Vətəndaşların banklara borcu nə qədər artıb?

01 may 2025 732 baxış

“Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır”.

Bunu parlamentin mayın 1-də keçirilən iclasında millət vəkili Vüqar Bayramov deyib.

“Bütün bunlarla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətən bu ilin ilk rübündə 449,1 milyon manatdan 481,6 milyon manatadək yüksəlib. Bu isə o deməkdir ki, son aylar vaxtı keçmiş kreditlərin həcmi yüksəlməkdədir.

Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü ildə qeyri-işlək kreditlərin həcmi 6,7 faiz və ya 41 milyon manat artaraq 665 milyon manata çatıb. Bu məbləğin 246 milyon manatı istehlak kreditləri, 375 milyon manat isə biznes kreditləridir.

Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə adambaşına 13,8 min manat bank borcu var. Əgər 5 il öncəki statistikada bu göstərici 11,5 faiz idisə, bu rəqəm 2024-cü ilin sonunda 18 faizədək yüksəlib”, ‒ deyə Vüqar Bayramov bildirib. 

Banner
Əhalinin nəzərinə | Pensiya ilə bağlı yeniliklər nələr olacaq? - Baku TV CANLI

Əhalinin nəzərinə | Pensiya ilə bağlı yeniliklər nələr olacaq? - Baku TV CANLI

İqtisadiyyat
10 oktyabr 2026 732 baxış
Pul kütləsindəki artımın iqtisadiyyata təsirləri | Daşınmaz əmlaklarda bahalaşmanın səbəbi - Baku TV

Pul kütləsindəki artımın iqtisadiyyata təsirləri | Daşınmaz əmlaklarda bahalaşmanın səbəbi - Baku TV

İqtisadiyyat
09 oktyabr 2026 732 baxış
"Müqaviləni 15-20 ilədək uzatmağa hazırıq" | SOCAR-la əməkdaşlıqda yeni mərhələ - Baku TV

"Müqaviləni 15-20 ilədək uzatmağa hazırıq" | SOCAR-la əməkdaşlıqda yeni mərhələ - Baku TV

İqtisadiyyat
09 oktyabr 2026 732 baxış
SOCAR və bp Özbəkistanda yeni kəşfiyyat imkanlarını qiymətləndirir - Baku TV

SOCAR və bp Özbəkistanda yeni kəşfiyyat imkanlarını qiymətləndirir - Baku TV

İqtisadiyyat
09 oktyabr 2026 732 baxış
"Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV

"Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV

İqtisadiyyat
08 oktyabr 2026 732 baxış
"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV

"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 732 baxış
Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 732 baxış
Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 732 baxış
SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 732 baxış
Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 732 baxış
Seçilmişlər
icon