Bu sahələrdə 75 faizlik vergi güzəşti tətbiq olunacaq
2025-ci ilin yanvarın 1-dən illik dövriyyəsi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə mikro sahibkar olan fiziki şəxslərin əldə etdikləri gəlirlərin 75 faizi vergidən azad olunub.
Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə olunan dəyişiklikliyi təsdiq edib.
Qeyd edilən sahələrə proqram təminatının işlənməsi, layihə-dizayn və dekorasiya, tərcümə, reklam xidmətləri, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri daxildir.
Eyni zamanda elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri və jurnalistlərin fəaliyyəti də bu sırada yer alır.
Həmçinin bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, sifarişlərin çatdırılması və kuryer xidməti, turizm bələdçiliyi, ixrac xidmətinə də 75 faizlik vergi güzəşti tətbiq olunacaq.
#İlham Əliyev teqi istifadə olunub
- İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR
- "BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
- "Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV
- TDT-nin zirvə görüşləri niyə müntəzəm xarakter aldı? - Baku TV
