Əli Əsədov "Böyük Qayıdış"dan danışdı: bərpa prosesinin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
“Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılıb”.
Bu sözləri Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin həmsədrliyi ilə “Gülüstan” sarayında keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” adlı konfransda deyib.
Baş nazir bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olunub və uğurla icra edilir:
“Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir”.
#Əli Əsədov teqi istifadə olunub
- Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV
- "Ailə qurmaq məqsədilə yaradılan ittifaq..." | Azərbaycanda bunlar erkən evlilik sayılacaq - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
- Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI
