Prezident görüləcək işlərin anonsunu verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“TANAP və TAP layihələri genişləndirilməlidir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycanın Avropa boru kəmərlərinə də çıxışı olmalıdır və Avropada interkonnektorların sayı artırılmalıdır.
“Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin real alıcısı olacaq. Ona görə də biz bu komanda işini davam etdirməliyik”, – deyə Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV
- Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI
- Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV
- İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV
- Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV
