Pleyeri seçin:

"Azərbaycana təşəkkür edirik" | SOCAR-dan Ukrayna xalqı üçün humanist addım - Baku TV

04 fevral 2026 418 baxış

Ukraynada Rusiyanın hava zərbələri və sərt şaxtalar nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycanın humanitar yardımı və dəstəyi davam edir.

Bu missiya çərçivəsində "SOCAR Energy Ukraine"in Kiyev vilayətindəki yanacaq doldurma məntəqələrində sakinlərə dəstək nöqtələri yaradılıb.

Belə ki, işıq və istilik çatışmazlığından əziyyət çəkən Kiyev sakinləri burada fasiləsiz enerji, istilik və yüngül qidalarla ödənişsiz təmin olunurlar.

SOCAR Ukraynanın digər vilayətlərindəki bütün obyektlərində də bu kimi nöqtələri tezliklə istifadəyə verməyi planlaşdırır.

Bunlar ümumi olaraq dözümlülük məntəqələri adlandırılır. Buna səbəb Kiyev başda olmaqla Ukraynanın əksər vilayətlərində sərt şaxtalar fonunda kəskin enerji və istilik çatışmazlığı səbəbindən həyatın dözülməz vəziyyətdə olmasıdır.

Kiyev sakinləri sözügedən təşəbbüs barədə təəssüratlarını bölüşərək Azərbaycana təşəkkürlərini bildiriblər.

“SOCAR-ın bu humanist addımı soyuqdan əziyyət çəkən insanlar üçün bir ümid yeridir. Burada rahat qidalana və isinə bilirik. Bu təşəbbüs həm dövlətlərimiz, həm də xalqlarımız arasında mövcud olan münasibətlərin səmimiyyətindən və möhkəmliyindən xəbər verir”, – deyə Nadejda Mixaylova söyləyib.

SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV

SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV

İqtisadiyyat
24 iyun 2026 418 baxış
Azərbaycanın qlobal İslam maliyyəsi bazarına inteqrasiyasında sukukun rolu - Baku TV

Azərbaycanın qlobal İslam maliyyəsi bazarına inteqrasiyasında sukukun rolu - Baku TV

İqtisadiyyat
24 iyun 2026 418 baxış
Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV

Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV

İqtisadiyyat
24 iyun 2026 418 baxış
Bakıda 300-dən çox biznes lideri bir araya gəldi - Baku TV

Bakıda 300-dən çox biznes lideri bir araya gəldi - Baku TV

İqtisadiyyat
24 iyun 2026 418 baxış
Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV

Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV

İqtisadiyyat
23 iyun 2026 418 baxış
Azərbaycanda karbamid istehsalı azalıb | Dövlət Statistika Komitəsinin son hesabatı - Baku TV

Azərbaycanda karbamid istehsalı azalıb | Dövlət Statistika Komitəsinin son hesabatı - Baku TV

İqtisadiyyat
22 iyun 2026 418 baxış
İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İqtisadiyyat
20 iyun 2026 418 baxış
"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

İqtisadiyyat
19 iyun 2026 418 baxış
"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

İqtisadiyyat
18 iyun 2026 418 baxış
Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

İqtisadiyyat
18 iyun 2026 418 baxış
Seçilmişlər
icon