"Gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verilib - Baku TV
"SOCAR Petroleum" QSC Xəzər dənizinin akvatoriyasında "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına başlayıb.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.
"Gəmidən gəmiyə" (ship-to-ship) üsulu ilə həyata keçirilən ilk təchizat əməliyyatı beynəlxalq standartlara uyğun olaraq reallaşdırılıb.
Qeyd edilib ki, bu yanaşma gəmilərin limana daxil olmadan operativ şəkildə yanacaqla təmin olunmasına imkan yaradır və xidmətin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Uğurlu start şirkətin yüksək əməliyyat hazırlığını və peşəkar kompetensiyasını, eləcə də bütün proseslərin beynəlxalq tələblərə uyğun icra olunduğunu bir daha təsdiqləyib.
Gələcək mərhələdə "SOCAR Petroleum" əməliyyatlarının genişləndirilməsini planlaşdırır.
#SOCAR Petroleum teqi istifadə olunub
- "SOCAR Petroleum"un Gəncədəki obyektində 43 nəfərin iştirakı ilə təlim keçirilib - Baku TV
- "SOCAR Petroleum"un Neft Baza Sahəsində mülki müdafiə məşqi keçirilib - Baku TV
- "SOCAR Green" 7 irimiqyaslı layihə həyata keçirir - Baku TV
- ”SOCAR Petroleum” “Aİ-95”lə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Şuşa şəhərində SOCAR brendli ilk stasionar yanacaqdoldurma stansiyası istifadəyə verildi
