Serbiyada qaz elektrik stansiyası inşa ediləcək | SOCAR yeni layihəyə qoşuldu - Baku TV
Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Handanoviç Niş şəhər rəhbərliyinin nümayəndələri ilə şəhərin yaxınlığında 500 MVt gücündə qaz elektrik stansiyasının inşası layihəsinin həyata keçirilməsi üzrə növbəti addımları müzakirə edib.
“Report”un məlumatına görə, layihənin hazırlanması çərçivəsində rəhbər komitə, layihənin idarə edilməsi qrupu və beş texniki işçi qrupu formalaşdırılıb, bütün iştirakçıların hərəkətlərinin əlaqələndirilməsinə başlanılıb.
Qeyd edilib ki, SOCAR ilə layihənin ilkin texniki-iqtisadi əsaslandırılması razılaşdırma mərhələsindədir.
Xatırladaq ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Niş şəhəri yaxınlığında 350 MVt elektrik və 150 MVt istilik enerjisi gücünə malik qaz elektrik stansiyasının tikintisi haqqında saziş imzalayıblar.
İyun ayının əvvəlində EPS və SOCAR Bakıda Nişdəki qaz elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə əməkdaşlığın əsas şərtlərini imzalayaraq birgə şirkətin yaradılmasının başlıca prinsiplərini və layihənin əsas kommersiya parametrlərini müəyyən ediblər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı yataqları üzrə yeni şirkət təsis edildi - Baku TV
- SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV
- SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV
- ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV
- SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV
