Pleyeri seçin:

“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviayanacaq üzrə saziş bağlayıb - Baku TV

10 iyul 2026 326 baxış

“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviasiya yanacağı sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.

“Trend”in məlumatına görə, saziş Türkiyənin aviasiya sektorunda enerji keçidinin və karbonsuzlaşdırma prosesinin dəstəklənməsinə yönəlib.

Sənəd Türkiyənin ekoloji aviasiya yanacağına olan tələbatının müəyyənləşdirilməsini, bu yanacaq üzrə dəyər zəncirinin inkişafı üçün texniki-iqtisadi araşdırmaların aparılmasını və digər məsələləri nəzərdə tutur.

Tərəfdaşlar həmçinin ekoloji aviasiya yanacağının istehsalı və istifadəsinə hazırlıq səviyyəsini qiymətləndirəcək yüksək səviyyəli rəhbərlərin iştirak etdiyi birgə işçi qrupunun yaradılmasını planlaşdırırlar. Bu təşəbbüsün Türkiyədə dayanıqlı aviasiya ekosisteminin inkişafına və aviasiya sektorunun karbon emissiyalarının azaldılmasına töhfə verəcəyi gözlənilir.

Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” ekoloji aviasiya yanacağının istehsalı, tədarük zəncirlərinin inkişafı və texnoloji tərəfdaşlıqlar istiqamətində fəaliyyətini davam etdirir.

Banner
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 326 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 326 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 326 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 326 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 326 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 326 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 326 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 326 baxış
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 326 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 326 baxış
Seçilmişlər
icon