Üstyurtda geoloji-kəşfiyyat işləri həyata keçiriləcək
Azərbaycan Dövlət Neft Şirkəti və Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında Üstyurt regionunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair layihə üzrə önəmli razılıqlar əldə edilib.
Bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri Baxodirjon Sidiqovla keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu qeyd edilib.
Söhbət zamanı SOCAR-la “Uzbekneftegaz” arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, şirkətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Görüşdə gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir
- Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV
- Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV
- SOCAR və TPAO arasında yeni mərhələ | Alparslan Bayraktardan açıqlama - Baku TV
- Alparslan Bayraktar SOCAR-ın fəaliyyətindən danışdı - Baku TV
