Выбрать плеер:
27 ailə doğma yurduna qayıdıb | Kəlbəcər sakinləri sevinc içində - Baku TV
Böyük Qayıdış çərçivəsində Kəlbəcərə sayca 5-ci köç mərhələsi həyata keçirilib.
Bu dəfə 27 ailə, ümumilikdə 118 nəfər doğma yurduna qayıdıb. Onların arasında şəhid ailəsi üzvü, müharibə əlili və müharibə veteranları da var.
Ailə başçılarına mənzillərin açarları təqdim olunub. Qeyd edək ki, həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik, yüksəksürətli internet xəttləri ilə təmin olunub.
Скопировано
