Выбрать плеер:

70 yaşlı Azərbaycan Televiziyası dünəndən bu günə | "Sosial layihələr reytinq savaşında..."

14 февраля 2026 385 просмотров

Baku TV Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə bağlı reportaj hazırlayıb.

Bu günün tarixçəsi 1956-cı ilə, Bakı televiziyasının efirə ilk dəfə çıxdığı günə dayanır. İlk dəfə ekranda "Diqqət! Göstərir Bakı" sözlərini səsləndirən gözəl aktrisa Nəcibə Məlikova olub. Bu tarixi gündən sonra televiziya tamaşaçıları yalnız səs deyil, həm də şəkil görməyə başladılar.

İlk yayım "Bəxtiyar" filmi olsa da, ötürücü cihazlarda yaşanan siqnal problemləri səbəbindən film səssiz şəkildə yayımlandı. Lakin bu problemlər 1957-ci ildə 180 metrlik yeni televiziya qülləsinin istifadəyə verilməsi ilə həll olundu.

Başlanğıcda həftədə iki dəfə, sonra isə üç dəfə 2 saatlıq yayımlar edən Bakı Televiziya Studiyası zamanla Azərbaycan Televiziyasına çevrildi. Bu dövrdə verilişlərin sayı artdı, amma televiziya hələ də yeni bir sahə olduğundan mütəxəssis tapmaq çətin idi.

Rejissor, Xalq artisti Ramiz Həsənoğlu bu barədə belə danışıb:

"Əvvəllər yalnız bir televiziya var idi və bütün gözlər ona yönəlmişdi. Bu səbəbdən proqram siyasəti məhdud və ciddi idi. Amma indi zaman dəyişib və kanalların sayı çoxalıb. Hər bir kanal özünü daha cazibədar etmək üçün reklam verənləri cəlb etməyə çalışır".

Aparıcı Tural Əsədovun sözlərinə görə, o dövrdə məşhurlara olan maraq çox idi:

"Onlar ağıllı danışırdılar və bu, insanlara təsir edirdi".

Aparıcı Zaur Baxşəliyev isə sosial layihələrin əhəmiyyətindən danışıb:

"90-cı illərdə Şuşadan məcburi köçkün düşəndə çox çətin bir dövr yaşadıq. O dövrdə hər zaman gözün qapıda olurdu ki, bir yardım gələcək. Mənim üçün sosial layihələr cəmiyyətin aynasıdır. Ən mənfi tərəf isə sosial layihələrin reytinq savaşına çevrilməsidir. Bu, cəmiyyətə mənfi təsir göstərir".

Скопировано
İtən, oğurlanan avtomobil nömrələri bərpa olunmur? - "Oğurlayıblar, indi məcburam ki..." - Baku TV

İtən, oğurlanan avtomobil nömrələri bərpa olunmur? - "Oğurlayıblar, indi məcburam ki..." - Baku TV

Cəmiyyət
09 марта 2026 385 просмотров
"Caliber.az" 5 yaşını qeyd edir - Baku TV

"Caliber.az" 5 yaşını qeyd edir - Baku TV

Cəmiyyət
09 марта 2026 385 просмотров
Azərbaycan səfirliyi bu ölkədə yüzlərlə insan üçün iftar süfrəsi açdı - Baku TV

Azərbaycan səfirliyi bu ölkədə yüzlərlə insan üçün iftar süfrəsi açdı - Baku TV

Cəmiyyət
09 марта 2026 385 просмотров
Ramazan ayının 20-ci gününün duası - Baku TV

Ramazan ayının 20-ci gününün duası - Baku TV

Cəmiyyət
09 марта 2026 385 просмотров
"İflicdir, orada nə işi var?!" - Çarəsiz ailənin fəryadı | Niyə müavinət ala bilmirlər? - Baku TV

"İflicdir, orada nə işi var?!" - Çarəsiz ailənin fəryadı | Niyə müavinət ala bilmirlər? - Baku TV

Cəmiyyət
09 марта 2026 385 просмотров
“Suyun içindədir, belə olmaz axı!” | Əlacsız qalan sakinlərin şikayətinə niyə baxılmır? - Baku TV

“Suyun içindədir, belə olmaz axı!” | Əlacsız qalan sakinlərin şikayətinə niyə baxılmır? - Baku TV

Cəmiyyət
09 марта 2026 385 просмотров
Dron hücumundan sonra bağlanan beynəlxalq hava limanı ilə bağlı vacib məlumat - Baku TV CANLI

Dron hücumundan sonra bağlanan beynəlxalq hava limanı ilə bağlı vacib məlumat - Baku TV CANLI

Cəmiyyət
09 марта 2026 385 просмотров
Naxçıvan aeroportu fəaliyyətini bərpa edir | Əməkdaşımız son məlumatları açıqladı - Baku TV

Naxçıvan aeroportu fəaliyyətini bərpa edir | Əməkdaşımız son məlumatları açıqladı - Baku TV

Cəmiyyət
09 марта 2026 385 просмотров
Qusara güclü qar yağdı

Qusara güclü qar yağdı

Cəmiyyət
09 марта 2026 385 просмотров
Ucarda həyətləri və zirzəmiləri su basdı - Baku TV

Ucarda həyətləri və zirzəmiləri su basdı - Baku TV

Cəmiyyət
09 марта 2026 385 просмотров
Выбранные
icon