Выбрать плеер:
Bakı metrosunda “Qarabağ”ın oyununa görə dəyişiklik edildi
"Bakı Metropoliteni" "Qarabağ"ın oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.
Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata əsasən, noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq.
Bildirilib ki, azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə Metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq.
"Gənclik" stansiyasında həmçinin könüllülər fəaliyyət göstərəcəklər. Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq", – deyə "Bakı Metropoliteni"ndən bildirilib.
Скопировано
