Выбрать плеер:
Biləsuvarda ənənəvi "Hind quşu festivalı" keçirilib
Biləsuvarda ənənəvi "Hind quşu festivalı" keçirilib.
Festival bu il də minlərlə insanın yaddaşında xoş təəssüratlarla qalıb.
Tədbirdə hind quşundan bişirilən ləziz yeməklər, yerli ustaların əl işlərindən hazırlanmış suvenirlər, rəngarəng sərgi stendləri və kənd həyatının özünəməxsus ab-havasını əks etdirən nümunələr nümayiş olunub.
Qeyd edək ki, artıq beş ildir ki, Biləsuvarda ənənə halını almış bu festivalda ölkəmizin müxtəlif bölgələri ilə yanaşı, xarici ölkələrdən gələn qonaqlara da milli mətbəximiz və sənət nümunələri təqdim edilir, adət-ənənələrimiz geniş şəkildə nümayiş olunur.
Скопировано
