Выбрать плеер:
“Bu, televiziyaların işi deyil” | Yerli cizgi filmləri niyə yox səviyyəsindədir?
Azərbaycanda cizgi filmlərinin yerli istehsalı yoxdur.
Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, belə cizgi filmlərinin çəkilməsinə peşəkar komanda və yüksək maliyyə lazımdır.
“Bu, televiziyaların işi deyil, müstəqil prodakşnların istiqamətidir. Ümid edirik, gələcəkdə bizdə də bu təcrübə olacaq”, – Şura sədri vurğulayıb.
Скопировано
