Выбрать плеер:

Qardaşını öldürən şəxs məhkəmədə nələri etiraf etdi? - Baku TV

11 декабря 2025 13 просмотров

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin sərbəst ifadəsi dinlənilib.

Amin Nuri qardaşı Aslan Nurini hər hansı bir mülklə bağlı yox, onun sürdüyü həyat tərzi ilə bağlı öldürdüyünü vurğulayıb. Bildirib ki, qardaşının hərəkətlərinə görə tanışları tərəfindən daim qınanılaraq ondan namusunu təmizləməsini tələb ediblər.

"O, bir neçə gün idi ki, məni hədələyirdi ki, sənin başını kəsərəm. Qorxumdan bıçağı üstümdə gəzdirirdim. Həmin gün otağa girdim, onu oyatdım ki, gedək bir yerdə kərpic alaq və həyətdə iş görək. O isə ayılan kimi mənə və ailəmə nalayiq söyüşlər söydü. Mən də onu vurdum. Həmin otaqda uşaq ondan iki metr aralıda yatmışdı. Uşağı aparıb anasına verdim, sonra polisə getdim", – deyə təqsirləndirilən şəxs əlavə edib.

Yanvarın 14-də keçirilməsi nəzərdə tutulan növbəti proses şahid ifadələri ilə davam edəcək.

Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-də səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 30 yaşlı Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Onun qardaşı, 35 yaşlı Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edib və könüllü təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Скопировано
“Deyir ki, buranın yiyəsi mənəm” | Sulutəpə sakinləri əlbəyaxa davaya çıxdı - Baku TV

“Deyir ki, buranın yiyəsi mənəm” | Sulutəpə sakinləri əlbəyaxa davaya çıxdı - Baku TV

Cəmiyyət
11 декабря 2025 13 просмотров
Şabranda sürüşmə davam edir | Əhali üçün təhlükəli vəziyyət - Baku TV

Şabranda sürüşmə davam edir | Əhali üçün təhlükəli vəziyyət - Baku TV

Cəmiyyət
11 декабря 2025 13 просмотров
Yeni ildə restoran qiymətlərinə sakinlərin reaksiyası | ”2 nəfərlik paket 1860 manat...” - Baku TV

Yeni ildə restoran qiymətlərinə sakinlərin reaksiyası | ”2 nəfərlik paket 1860 manat...” - Baku TV

Cəmiyyət
11 декабря 2025 13 просмотров
Yaşayış binalarında yanğın təhlükəsizliyi necə qorunur? | Ekspertlər nələri açıqladı? - Baku TV

Yaşayış binalarında yanğın təhlükəsizliyi necə qorunur? | Ekspertlər nələri açıqladı? - Baku TV

Cəmiyyət
11 декабря 2025 13 просмотров
Ağzı açıq qalan lük, palçıqlı yollar | Problem nə zaman həll olunacaq? - Baku TV

Ağzı açıq qalan lük, palçıqlı yollar | Problem nə zaman həll olunacaq? - Baku TV

Cəmiyyət
11 декабря 2025 13 просмотров
Badamdar sakinlərinin yol problemi niyə həllini tapmır? - Baku TV

Badamdar sakinlərinin yol problemi niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
11 декабря 2025 13 просмотров
Xalq şairi Ramiz Rövşən bu şeirini Baku TV ilə bölüşdü - Baku TV

Xalq şairi Ramiz Rövşən bu şeirini Baku TV ilə bölüşdü - Baku TV

Cəmiyyət
11 декабря 2025 13 просмотров
Bakının xəstəlik mənbəyi olan çirkli avtobusları | Sakinlər şikayət edir - Baku TV

Bakının xəstəlik mənbəyi olan çirkli avtobusları | Sakinlər şikayət edir - Baku TV

Cəmiyyət
11 декабря 2025 13 просмотров
“İnsan dinlədiyi musiqiyə uyğun tərzdə geyinir” | Qərb musiqisi niyə robotlaşıb? - AMİN

“İnsan dinlədiyi musiqiyə uyğun tərzdə geyinir” | Qərb musiqisi niyə robotlaşıb? - AMİN

Cəmiyyət
10 декабря 2025 13 просмотров
Bina sakinləri ayağa qalxdı | Qurumlar şikayətlərlə bağlı nə dedi? - Baku TV

Bina sakinləri ayağa qalxdı | Qurumlar şikayətlərlə bağlı nə dedi? - Baku TV

Cəmiyyət
10 декабря 2025 13 просмотров
Выбранные
icon