Cəmiyyət
Выбрать плеер:
Daşkəsəndə yerləşən tibb məntəqəsi yararsız vəziyyətdədir
Daşkəsən rayonunun Qaraqollar kəndində yerləşən tibb məntəqəsi qəzalı vəziyyətdədir.
Təxminən 20 kəndə xidmət edən tibb ocağının damı uçub, içəridə isə xəstələri yerləşdirmək üçün nə palata, nə də hər hansı avadanlıq var.
“Ağır xəstə olanda mərkəzdəki xəstəxanaya getmək məcburiyyətində qalırıq”, – kənd sakini deyib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, sözügedən tibb məntəqəsinin 2025-ci il üzrə əsaslı təmir planına daxil edilməsi nəzərdə tutulub. Hazırda Qaraqollar həkim məntəqəsində 1 tibb bacısı və 5 kiçik tibb işçisi çalışır.
Скопировано
Выбранные