Hansı Yeni il oyuncaqları sağlamlıq üçün təhlükəlidir? | Həkimdən ciddi xəbərdarlıq
Bir neçə gün sonra qeyd edəcəyimiz bayramın əsas atributlarından biri də Yeni il oyuncaqlarıdır.
Hazırda tələbatın artdığı bir zamanda bazarlarda, yarmarkalarda müxtəlif ölçüdə, formada istənilən oyuncağı əldə etmək mümkündür. Aralarında ucuz qiymətə olanlar da az deyil.
Lakin mütəxəssislər bildirirlər ki, belə malları alarkən onların keyfiyyəti və sağlamlığımıza təsiri gözardı edilməməlidir.
“Bu oyuncaqlar polimer birləşməsi olaraq zərərli əks təsirə malikdir. Azyaşlı həmin uçucu maddələrlə təmasda olduğu zaman onların tənəffüs yollarını qıcıqlandıran komponentlər hava vasitəsilə orqanizmə daxil olur. Bu da tənəffüs sistemində allergik reaksiyaların əmələ gəlməsinə zəmin yaradır.
Əgər hər hansı oyuncaq bazardan alınırsa, onun kəskin qoxusu varsa, əllə təmas zamanı boyası çıxırsa, onları uşaqlara verməmək tövsiyə olunur”, – deyə həkim Abbas Bağırov Baku TV-yə açıqlamasında deyib.