Cəmiyyət
Выбрать плеер:
Oğuzda yol kənarındakı ağacların qurumuş budaqları niyə budanmır?
Son günlər ölkə ərazisində əsən güclü külək nəticəsində bəzi avtomobil yollarında irigövdəli ağacların təhlükə yaratdığı müşahidə olunur.
Belə yollardan biri də Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsidir.
Belə ki, ərazidə ağacların qırılmış budaqları yolun hərəkət hissəsində asılı vəziyyətdə qalıb. Bu isə növbəti güclü külək nəticəsində real təhlükədən xəbər verir.
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Oğuzda avtomobil yollarının kənarında təhlükə yaradan ağacların budanılmasına razılıq verilib.
Скопировано
Выбранные