Выбрать плеер:

Ev aldılar, sevincləri burunlarından gəldi | "Deyir ki, çıx get, öz evin var da" - Baku TV

14 мая 2026 194 просмотров

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildirirlər ki, artıq altı ildir Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən binalardan birinə köçsələr də, hələ də çıxarış ala bilmirlər.

Onların sözlərinə görə, “İqtisadçı 2005” MTK-nın sahibi sakinləri müxtəlif bəhanələrlə yubadır.

Sakinlərdən biri bildirib: “Demək olar ki, hər ay zəng edirik. Bir ay, 10 gün, 15 gün aralıqlarla əlaqə saxlayırıq. Hər dəfə yeni bir bəhanə gətirir. Deyir ki, guya məsələləri həll edib, sənədlər veriləcək. Öyrəndiyimizə görə, binanın layihəsində qaraj nəzərdə tutulsa da, hazırda qaraj yoxdur. Həmçinin mansard hissədə yaşayış üçün nəzərdə tutulmayan sahədə beş mənzil tikilərək satılıb. Sonuncu dəfə noyabr ayında danışmışıq. Ondan sonra isə zənglərimizə cavab verilməyib”.

Digər sakin isə qeyd edib ki, mənzil alarkən onlara bütün sənədlərin veriləcəyi vəd olunub:

“MTK-nın sahibi Hüseynov Coşqun bizə söz vermişdi ki, ödənişlər tamamlandıqdan, qaz, su, işıq çəkildikdən və mənzillərin satışı bitdikdən sonra çıxarış veriləcək. Amma illər keçsə də, problem həllini tapmayıb. Çıxarış bizim üçün çox vacibdir. Uşaqlarımızı qeydiyyata sala bilmirik, bankdan kredit götürə bilmirik. Xəstəxanada belə qeydiyyat problemi yaşayırıq. Məcbur olub qohumların və ya tanışların ünvanına qeydiyyata düşürük. Bu da sonradan narazılığa səbəb olur”.

Скопировано
Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub - Baku TV

Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub - Baku TV

Cəmiyyət
19 июня 2026 194 просмотров
Lerikdə dini təhlükəsizliyə həsr olunan konfrans baş tutdu - Baku TV

Lerikdə dini təhlükəsizliyə həsr olunan konfrans baş tutdu - Baku TV

Cəmiyyət
19 июня 2026 194 просмотров
Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri | Torpaqdan daha böyük qələbə: Xocavənd

Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri | Torpaqdan daha böyük qələbə: Xocavənd

Cəmiyyət
18 июня 2026 194 просмотров
“Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV

“Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV

Cəmiyyət
18 июня 2026 194 просмотров
“Gör nə günə qoyublar” | Pivə zavodu ilə bağlı qalmaqal | "Bütün kanalizasiyanın suyu..." - Baku TV

“Gör nə günə qoyublar” | Pivə zavodu ilə bağlı qalmaqal | "Bütün kanalizasiyanın suyu..." - Baku TV

Cəmiyyət
18 июня 2026 194 просмотров
"Uşaqlarımı elə tərbiyə etmişəm ki..." | Ömrünü şagirdlərinə həsr edən 100 yaşlı sakin - Baku TV

"Uşaqlarımı elə tərbiyə etmişəm ki..." | Ömrünü şagirdlərinə həsr edən 100 yaşlı sakin - Baku TV

Cəmiyyət
18 июня 2026 194 просмотров
"Qız daha fərasətli, gözüaçıq olur" | Oğlan uşaqları niyə gec danışır? - "Çox çətindir..."- Baku TV

"Qız daha fərasətli, gözüaçıq olur" | Oğlan uşaqları niyə gec danışır? - "Çox çətindir..."- Baku TV

Cəmiyyət
18 июня 2026 194 просмотров
"Dedim, dibindən kəsin!" - Görülən iş sakinləri qəzəbləndirdi | "Çəkilişi bilən kimi..." - Baku TV

"Dedim, dibindən kəsin!" - Görülən iş sakinləri qəzəbləndirdi | "Çəkilişi bilən kimi..." - Baku TV

Cəmiyyət
18 июня 2026 194 просмотров
Xroniki iltihabı azaldan məhsullar görün hansılar imiş

Xroniki iltihabı azaldan məhsullar görün hansılar imiş

Cəmiyyət
18 июня 2026 194 просмотров
Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinlərinin yurd həsrəti bitdi - Baku TV CANLI

Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinlərinin yurd həsrəti bitdi - Baku TV CANLI

Cəmiyyət
18 июня 2026 194 просмотров
Выбранные
icon