Выбрать плеер:
“İnsan həm ağlayır, həm də...” | Əliyevlər ailəsi doğma yurda qayıtmağın sevincini bölüşdü - Baku TV
Baku TV Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində yaşayan Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratlarını öyrənib.
Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib:
“İnsan həm ağlayır, həm də sevinir. Ağlayır, çünki burada uşaqlıq, gənclik xatirələrinin izini tapa bilmir, sevinir, çünki öz doğma torpağına qayıdıb. Ən böyük xəyalım böyüdüyüm evi yenidən görmək idi, şükür ki, arzuma çatdım”.
“Oğluma dedim ki, Kəlbəcərə qayıtsam, qurban kəsəcəyəm. Allaha şükür ki, gəldim və qurbanımı kəsdim”, – deyə Kəlbəcər sakini Gözəl Əliyeva qeyd edib.
Скопировано
