Выбрать плеер:
Neçə min şəxs vərəmdən dünyasını dəyişib? | Rəqəmlər açıqlandı
2024-cü ildə Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb.
Bu barədə Baku TV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il Azərbaycanda vərəmə 1103 yoluxma qeydə alınıb, 219 nəfər isə dünyasını dəyişib.
Belə ki, 2024-cü ilin yanvar-may aylarında vərəmə yoluxanlardan 725-i kişi, 378-i qadın olub. Ölənlərdən isə 175-i kişi, 44-ü qadındır.
Bundan əlavə, 2025-ci ilin yanvar-may aylarında 972 nəfər vərəmə yoluxub. Onlardan 658-i kişi, 314-ü qadındır.
Məlumata əsasən, vərəmə yoluxanlardan 90 nəfər 17 yaşadək, 882 nəfər isə 18 yaş və daha yuxarı şəxslərdir.
Скопировано
