“Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
Узнавайте о новостях первыми
Cəlilabadın Buravar kəndi rayon mərkəzindən təxminən 60 kilometr məsafədə yerləşir. 1400 nəfər əhalisi olan kənd mürəkkəb relyefə malikdir.
Baku TV-nin qaynar xəttinə müraciət edən kənd sakinləri bildirirlər ki, hər dəfə güclü yağış yağandan sonra sel gəlir, yollar dağılır, körpülər sıradan çıxır. Şikayətçilərin sözlərinə görə, onlar illərdir bu çətinliklə üz-üzə qalıblar.
“68 yaşım var, gözümü açandan burada asfalt olmayıb. Bütün bərpa işlərini kənd camaatı öz vəsaiti hesabına görür. Lakin güclü yağışlar yağan kimi sel gəlib hər şeyi aparır. Aidiyyəti dövlət qurumlarından isə heç bir kömək göstərilmir”, – vətəndaşlardan biri söyləyib.
Digər bir kənd sakini isə vurğulayıb:
“Zəhmət çəkib öz aramızda pul topladıq və yolu düzəltdik. Lakin sel gələrək yolu yenidən yuyub apardı. Üstəlik, sel suları evlərimizə də ciddi ziyan vurur”.
Тег #Cəlilabad используется
- Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT
- “Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
