Выбрать плеер:
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətirdi - Baku TV
Quba rayonu, Çinarlı kəndi ərazisində yerləşən və Quba–Bakı magistralı ilə Quba–Xaçmaz yolunu birləşdirən yolda yük maşınlarının hərəkəti vətəndaşların narazılığına səbəb olub.
Sözügedən ərazidə yük avtomobillərinin hərəkətini məhdudlaşdıran yol nişanları qoyulsa da, bəzi sürücülər bu qadağaya məhəl qoymurlar.
Vətəndaşlar bildirirlər ki, yük avtomobillərinin bu ərazidə hərəkət etməsi həm onlar üçün təhlükə yaradır, həm də yolun sıradan çıxmasına səbəb olur.
Sakinlər məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Yük avtomobilləri həddindən artıq çox keçir. Yollar bərbad gündədir. Məktəblilərin gediş-gəlişində problem yaranır, tıxac olur və gecə saatlarında bu yolla hərəkət etmək mümkün olmur”, – onlardan biri söyləyib.
Скопировано
Тег #Quba rayonu используется
- Qubada yük avtomobilləri sakinləri təhlükəyə atır? - Baku TV
- Sürücülər təhlükədə: 6 kəndi birləşdirən yolda qorxulu anlar - Baku TV CANLI
- “90 faizi bu gündədir” | Bağlarda yayılan xəstəlik fermerlərin zəhmətini heç etdi - Baku TV
- Qubada ailə faciəsi | Tək övladını itirən gözdən əlil ana fəryad etdi - Baku TV
- “Kəlləmayallaq gedəcək o yana...” | Sakinlər qorxu içində | “Altı yoxdur, uçub-gedib!” - Baku TV
