Выбрать плеер:
Ağac aşsa, ağır nəticə ola bilər? | Sakinlər tədbir görülməsini istəyir - Baku TV
Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 78 ünvanında yaşayan sakinlər ərazidəki tamamilə qurumuş iri ağacın güclü külək zamanı aşma təhlükəsi yaratmasından narahatdırlar.
Təhlükəli vəziyyətdə olan bu ağacın elektrik dirəklərinin yaxınlığında yerləşməsi ehtimal olunan faciəvi qəza riskini daha da artırır.
Bir ay öncə eyni vəziyyətdə olan və aşan başqa bir ağacın qalıqları isə aidiyyəti qurumlar tərəfindən ərazidən hələ də tam təmizlənməyib.
Sakinlərin aidiyyəti qurumlara dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, təhlükənin aradan qaldırılması üçün hələ də heç bir tədbir görülməyib.
Скопировано
Тег #Bakıxanov qəsəbəsi используется
- Bakıxanovda təhlükə yaradan ağac niyə hələ də götürülməyib? | Sakinlər şikayətçidir - Baku TV
- "Bizim həyətimizdə təhlükə çoxdur" | Evin damına ağac aşıb, günlərdir götürən yoxdur - Baku TV
- Bir ailə təhlükə səbəbindən çıxılmaz vəziyyətdə qalıb
- Qorxu içində qalan 4 uşaqlı ailə bu evdən görün niyə qaçmalı oldu - Baku TV
- “Öz məhəlləsinə verir, biz isə qalırıq belə” | Su üzünə həsrət qalan Bakıxanov sakinləri - Baku TV
