Выбрать плеер:
"1 metri keçib, iydən oturmaq olmur" - 20 ildir suyun içində qalan binada dəhşətli durum - Baku TV
Biləcəri qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisi uzun illərdir suyun içindədir.
Qabil Süleymanov küçəsi 44 ünvanında yaşayan sakinlərin sözlərinə görə, zirzəmidə toplanan su problemi artıq 20 ilə yaxındır davam edir.
Bildirilir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həllini tapmayıb.
“Zirzəmidəki su nəticəsində bina çökür. Əvvəllər belə şey yox idi. Adam baxır dəhşətə gəlir. Qoxudan evdə oturmaq olmur. Hər yerə şikayət etmişik, gəlib baxan yoxdur”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.
Скопировано
