Выбрать плеер:
"Həyətim suyun içindədir" | Astara sakinlərini bezdirən problem niyə həll edilmir? - Baku TV
Astara rayonunun Şahağac kəndində salınan yeni məhəllələrin küçələri keçilməz haldadır. Sakinlər illərdir hökm sürən problemin həll olunacağı günü gözləyirlər.
“2012-ci ildən burada yaşayıram. Həmin vaxtdan bəri yolumuz təmir olunmayıb. Yağış yağanda vəziyyət daha da pisləşir. Ölümüz olanda traktora qoyub yola çıxarırlar”, – deyə vətəndaşlardan biri narazılığını dilə gətirib.
Digər bir sakin isə qeyd edib: “Zülm çəkirik, yollarımız palçıq içindədir. Heç bir maşın bura girə bilmir”.
Məsələ ilə bağlı Astara rayonu Şahağac bələdiyyəsindən problemin yay fəslində həll olunacağı bildirilib.
Скопировано
