"Subaylar buna çox yoluxur" | Ağır xəstəliyin səbəbi barədə bu xəbər hamını şoka saldı - Baku TV
Subay insanlarda xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi iddia edilir.
Bu nəticəyə Mayami Universiteti tədqiqatçıları gəlib. Onların 2015–2022-ci illəri əhatə edən araşdırmasına əsasən, heç vaxt evlənməmiş kişilərdə xərçəngə tutulma ehtimalı evli kişilərlə müqayisədə 68 %, qadınlarda isə 85 % daha yüksəkdir.
Bununla belə, mütəxəssislər evliliyin xərçəngdən qoruduğu fikri ilə razılaşmırlar. Onların fikrincə, əsas məsələ ailə vəziyyəti deyil, həyat keyfiyyətidir.
Həkim Adil Qeybulla bildirir ki, xərçəngin yaranmasında əsas rol genetik və ekoloji faktorların payına düşür:
“Kanserogen maddələr siqaret tüstüsündə, avtomobil qazlarında, neft məhsullarında və bəzi qidalarda mövcuddur. Həmçinin bəzi viruslar və uzunmüddətli xroniki infeksiyalar da xəstəliyin yaranmasına səbəb ola bilər. Subay qadınlarda yumurtalıq və süd vəzi xərçəngi də az rast gəlinmir. Ümumilikdə subay insanlar daha sərbəst həyat tərzi keçirir, qidalanma, siqaret və alkoqol istifadəsində daha az məhdudiyyət qoyurlar. Lakin sosial amillərlə bağlı yanaşmaların hər zaman güclü elmi əsası olmur”.
Тег #Xərçəng xəstəliyi используется
- Günlük qida rasionunda əvəzolunmaz yer tutan kərə yağı barədə xəbərdarlıq
- "Ata sözünü ilk dəfə onun qızından eşitdim" | Xanımı faciəvi şəkildə ölən Orxan ürəkləri dağladı
- Alimlərdən xərçəng xəstəliyi barədə vacib araşdırma
- Şəkərin yarada biləcəyi xərçəng növləri
- Xərçəng immun sistemini necə aldadır?
