Выбрать плеер:

"Üstünə çox faiz gəlirlər" | Gecikən kreditlər üçün cərimə nə qədərdir?

24 ноября 2025 445 просмотров

Sakinlər kredit ödənişlərinin gecikdirilməsinə görə tətbiq olunan cərimələrin yüksək olduğunu bildirirlər. Belə iddialara sosial şəbəkələrdə də rast gəlmək olur.

Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin oktyabrın 1-dək ölkədə vaxtı keçmiş kreditlərin məbləği 528 milyon manatı ötüb.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

Vətəndaşlardan biri yaşadığı vəziyyəti belə izah edib:

“2-3 minlik televizor almışdım. Gecikmə olduğu üçün 5 min manat ödətdirdilər. Üstünə çox faiz gəlmişdilər”.

Bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, cərimə məbləği müqavilədə nəzərdə tutulan faiz dərəcəsinə uyğun hesablanır:

“Ola bilər ki, müqavilədə cərimə məbləğinin hesablanması barədə faiz dərəcəsi nəzərdə tutulmasın. Bu zaman qanunvericiliyə görə, Mərkəzi Bankın uçot dərəcəsinə 2 faiz əlavə olunur və həmin məbləğ 180 gün müddətində hesablanır”.

Mülki Məcəlləyə görə, borclu gecikdirmə nəticəsində vurduğu zərər və bundan irəli gələn nəticələr üçün borcverənin qarşısında məsuliyyət daşıyır. Bu baxımdan ödənişin gecikdirilməsinə görə borcverənə dəyən zərər qeyd edilən faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissənin əvəzini ödəməyi məhkəmə qaydasında və ya onunla ayrıca razılıq əldə etməklə tələb edə bilər.

Скопировано
"Hər şeyə burnunu soxur" | Gəlin-qayınana "savaş"ları | “Sözümün üstünə söz deyə bilməz” - O VAXTLAR

"Hər şeyə burnunu soxur" | Gəlin-qayınana "savaş"ları | “Sözümün üstünə söz deyə bilməz” - O VAXTLAR

Cəmiyyət
03 апреля 2026 445 просмотров
"Bu, cinayət əməlidir, cəzalarını almalıdırlar" | Bakını qorumaq seçim yox, məsuliyyətdir - Baku TV

"Bu, cinayət əməlidir, cəzalarını almalıdırlar" | Bakını qorumaq seçim yox, məsuliyyətdir - Baku TV

Cəmiyyət
03 апреля 2026 445 просмотров
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu - Baku TV

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu - Baku TV

Cəmiyyət
03 апреля 2026 445 просмотров
Nizami Kino Mərkəzində vandalizm aktını törədənlər belə görüntüləndi - Baku TV

Nizami Kino Mərkəzində vandalizm aktını törədənlər belə görüntüləndi - Baku TV

Cəmiyyət
03 апреля 2026 445 просмотров
Nizami Kino Mərkəzində vandalizm edənlər ifşa olundu - ANA XƏBƏR

Nizami Kino Mərkəzində vandalizm edənlər ifşa olundu - ANA XƏBƏR

Cəmiyyət
03 апреля 2026 445 просмотров
Qalmaqal: Restoranlar müştəriləri aldadır? - “Bəlkə, kiminsə cibində o qədər yoxdur?!” - Baku TV

Qalmaqal: Restoranlar müştəriləri aldadır? - “Bəlkə, kiminsə cibində o qədər yoxdur?!” - Baku TV

Cəmiyyət
03 апреля 2026 445 просмотров
"Üzrlü saysınlar, amma..." | Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - Baku TV

"Üzrlü saysınlar, amma..." | Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - Baku TV

Cəmiyyət
03 апреля 2026 445 просмотров
“Bütün camaat yazıq olacaq” | Çirkab sular içində qalan ərazidə dəhşətli vəziyyət - Baku TV

“Bütün camaat yazıq olacaq” | Çirkab sular içində qalan ərazidə dəhşətli vəziyyət - Baku TV

Cəmiyyət
03 апреля 2026 445 просмотров
"Susuzuq, yayda heç olmayacaq" | Su idarəsi sakinlərin suyunu başqalarına satır? - Baku TV

"Susuzuq, yayda heç olmayacaq" | Su idarəsi sakinlərin suyunu başqalarına satır? - Baku TV

Cəmiyyət
03 апреля 2026 445 просмотров
“Buranın sərvəti çoxdur” | Doğma yurda qayıdan Kəlbəcər sakinləri sevinc içində - Baku TV

“Buranın sərvəti çoxdur” | Doğma yurda qayıdan Kəlbəcər sakinləri sevinc içində - Baku TV

Cəmiyyət
03 апреля 2026 445 просмотров
Выбранные
icon