Выбрать плеер:

Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub - Baku TV

10 марта 2026 143 просмотров

Xaçmaz rayonunun Qusarçay kəndində Novruz bayramının atributlarından olan Yel çərşənbəsi qədim adət-ənənələrimizə sədaqətlə yüksək səviyyədə qeyd olunub.

“Yelin nəfəsi – baharın müjdəsi” adlı tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, şəhid ailələri, qazilər və kənd ictimaiyyəti iştirak edib.

Tədbir bayram tonqalının alovlandırılması ilə başlayıb. Uşaqlar tonqal ətrafında yallı gediblər. Kosa və Keçəlin şən zarafatları, maraqlı səhnəcikləri iştirakçılarda xoş ovqat yaradıb. Ənənəvi Novruz süfrəsi – şəkərbura, paxlava, qovurğa və səməni ilə bəzədilmiş xonçalar bayrama rəng qatıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Yel çərşənbəsi münasibətilə təbrik edərək bu mərasimin xalqımızın əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu vurğulayıb.

Qeyd olunub ki, Yel çərşənbəsi təbiətin oyanışını, küləyin müjdəçilik missiyasını, həmçinin birlik və həmrəylik ruhunu təcəssüm etdirir.

Bayram proqramı folklor kollektivlərinin çıxışları, milli oyunlar və xalq mahnıları ilə davam edib.

Qusarçay kənd sakinləri belə tədbirlərin gənc nəslin milli-mənəvi tərbiyəsində, vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Beləliklə, Qusarçayda Yel çərşənbəsi təkcə bayram sevinci deyil, həm də köklərimizə sahib çıxmaq, ənənələrimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün əlamətdar bir fürsət olub. Torpaq çərşənbəsinə doğru addımlayan xalqımız bu müqəddəs günlərdə birliyini, dostluğunu və bayram əhvali-ruhiyyəsini bir daha nümayiş etdirib.

Скопировано
Xaçmazda çiçək açan şaftalı ağaclarının gözoxşayan görüntüsü

Xaçmazda çiçək açan şaftalı ağaclarının gözoxşayan görüntüsü

Cəmiyyət
17 апреля 2026 143 просмотров
Buraxılış imtahanları bitdi | Ən vacib açıqlamalar Baku TV-nin efirində - HANSI İXTİSAS?

Buraxılış imtahanları bitdi | Ən vacib açıqlamalar Baku TV-nin efirində - HANSI İXTİSAS?

Cəmiyyət
17 апреля 2026 143 просмотров
VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatdı

VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatdı

Cəmiyyət
17 апреля 2026 143 просмотров
VI “Yüksəliş” müsabiqəsinin imtahan tarixləri açıqlandı

VI “Yüksəliş” müsabiqəsinin imtahan tarixləri açıqlandı

Cəmiyyət
17 апреля 2026 143 просмотров
“Yüksəliş” müsabiqəsində 282 iştirakçı xaricdə aspirantura və doktorantura təhsili alanlardır

“Yüksəliş” müsabiqəsində 282 iştirakçı xaricdə aspirantura və doktorantura təhsili alanlardır

Cəmiyyət
17 апреля 2026 143 просмотров
"Necə yaşayım mən?!" - Sakinlər təngə gəldi: "Köhnə nasoslardır, rəngləyib deyirlər ki..." - Baku TV

"Necə yaşayım mən?!" - Sakinlər təngə gəldi: "Köhnə nasoslardır, rəngləyib deyirlər ki..." - Baku TV

Cəmiyyət
17 апреля 2026 143 просмотров
Səkilər niyə "işğal" altındadır? - Piyada olmağın peşmanlıq gətirdiyi yerlər - NECƏ OLMALIDIR?

Səkilər niyə "işğal" altındadır? - Piyada olmağın peşmanlıq gətirdiyi yerlər - NECƏ OLMALIDIR?

Cəmiyyət
17 апреля 2026 143 просмотров
VI "Yüksəliş" müsabiqəsinin növbəti mərhələləri barədə mühüm açıqlamalar - Baku TV CANLI

VI "Yüksəliş" müsabiqəsinin növbəti mərhələləri barədə mühüm açıqlamalar - Baku TV CANLI

Cəmiyyət
17 апреля 2026 143 просмотров
Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb

Cəmiyyət
17 апреля 2026 143 просмотров
Süni parçalardakı plastik zərrəciklər həzm sisteminə daxil ola bilir

Süni parçalardakı plastik zərrəciklər həzm sisteminə daxil ola bilir

Cəmiyyət
17 апреля 2026 143 просмотров
Выбранные
icon