Выбрать плеер:

Rəqəmsal dərsliklər uşaqlar üçün faydalıdır, yoxsa riskli? - Baku TV

31 января 2026 230 просмотров

Deputat Ceyhun Məmmədov dərsliklərin rəqəmsallaşdırılması ilə bağlı təklif irəli sürüb. O bildirib ki, dərsliklərdə mövcud olan səhvlərin aradan qaldırılması və digər texniki məsələlərin elektron formatda həlli daha asan və səmərəlidir. Deputatın sözlərinə görə, bu yanaşma həm də xərclənən vəsait baxımından da daha sərfəlidir.

Vətəndaşlar isə məsələyə fərqli mövqedən yanaşırlar.

“Kitablar da lazımdır. Amma müasir dövr üçün rəqəmsal kitablar daha yaxşı metoddur”, – onlardan biri söyləyib.

Digər bir sakin isə qeyd edib: “Mən rəqəmsal kitabların əleyhinəyəm. Bu, uşaqlara zərər verir, onlarda tənbəllik yaradır”.

Ceyhun Məmmədov bildirib ki, hər il dövlət büdcəsindən milyonlarla manat yeni dərsliklərin nəşrinə ayrılır:

“Zaman keçdikcə bu dərsliklər yararsız hala düşür və yenidən çap olunması əlavə maliyyə vəsaiti tələb edir. Həmçinin dərsliklərdə səhv aşkarlandıqda onların yenidən nəşri də əlavə xərc yaradır. Bu sahədə əsas çətinliklər maliyyə yükü, dərsliklərin davamlı çapı və şagird çantalarının ağırlığı ilə bağlıdır”.

Elm və Təhsil Nazirliyindən isə qeyd edilib ki, ümumtəhsil pilləsi üzrə dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən etibarən mərhələli şəkildə başlanılıb:

“Hazırda ümumtəhsil pilləsinin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri www.e-derslik.edu.az portalında mövcuddur. Eyni zamanda dərsliklərin elektron versiyaları www.trims.edu.az saytında da yerləşdirilib”.

Vurğulanıb ki, bu dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür. Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri ilə zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.

Скопировано
“Bütün camaat yazıq olacaq” | Çirkab sular içində qalan ərazidə dəhşətli vəziyyət - Baku TV

“Bütün camaat yazıq olacaq” | Çirkab sular içində qalan ərazidə dəhşətli vəziyyət - Baku TV

Cəmiyyət
03 апреля 2026 230 просмотров
"Susuzuq, yayda heç olmayacaq" | Su idarəsi sakinlərin suyunu başqalarına satır? - Baku TV

"Susuzuq, yayda heç olmayacaq" | Su idarəsi sakinlərin suyunu başqalarına satır? - Baku TV

Cəmiyyət
03 апреля 2026 230 просмотров
“Buranın sərvəti çoxdur” | Doğma yurda qayıdan Kəlbəcər sakinləri sevinc içində - Baku TV

“Buranın sərvəti çoxdur” | Doğma yurda qayıdan Kəlbəcər sakinləri sevinc içində - Baku TV

Cəmiyyət
03 апреля 2026 230 просмотров
"e-Sosial" mobil tətbiqi artıq işləməyəcək | “Məlumatlar bu platformaya köçürülüb” - Baku TV CANLI

"e-Sosial" mobil tətbiqi artıq işləməyəcək | “Məlumatlar bu platformaya köçürülüb” - Baku TV CANLI

Cəmiyyət
03 апреля 2026 230 просмотров
“Dedi, bilmirik, başlarına nə gəlib” | Dostu ilə eyni anda şəhid olan Əbdülməcid Axundov - Baku TV

“Dedi, bilmirik, başlarına nə gəlib” | Dostu ilə eyni anda şəhid olan Əbdülməcid Axundov - Baku TV

Cəmiyyət
03 апреля 2026 230 просмотров
İsmayıllının Lahıc kəndindən gözoxşayan görüntülər

İsmayıllının Lahıc kəndindən gözoxşayan görüntülər

Cəmiyyət
03 апреля 2026 230 просмотров
"Bunun üçün ölməyə dəyərdi, canımız bahasına..." | Aprel döyüşləri iştirakçısı danışdı - Baku TV

"Bunun üçün ölməyə dəyərdi, canımız bahasına..." | Aprel döyüşləri iştirakçısı danışdı - Baku TV

Cəmiyyət
03 апреля 2026 230 просмотров
"Zəfər yolu" layihəsi ictimaiyyətə təqdim olundu - Baku TV

"Zəfər yolu" layihəsi ictimaiyyətə təqdim olundu - Baku TV

Cəmiyyət
03 апреля 2026 230 просмотров
Kəlbəcərə daha 27 ailə köçürüldü | Mənzillərin açarları sakinlərə təqdim olundu - Baku TV

Kəlbəcərə daha 27 ailə köçürüldü | Mənzillərin açarları sakinlərə təqdim olundu - Baku TV

Cəmiyyət
03 апреля 2026 230 просмотров
Quba sakinlərinin özünəməxsus Novruz ənənəsi - Baku TV

Quba sakinlərinin özünəməxsus Novruz ənənəsi - Baku TV

Cəmiyyət
03 апреля 2026 230 просмотров
Выбранные
icon