Выбрать плеер:
Şagirdlər bu məktəbdə təhsil almaqdan böyük qürur duyur - Baku TV
Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb artıq 2 ildir ki, fəaliyyət göstərir.
Təhsil müəssisəsində hazırda 1114 şagird təhsil alır.
Məktəbdə müəllim kimi çalışan Bahar Əliyevanın sözlərinə görə, təhsil ocağında şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün zəruri şərait yaradılıb:
“Biz çalışırıq ki, Vətənimiz üçün layiqli övladlar yetişdirək. Mən Xankəndi küçələrində körpə balaları, gəncləri görəndə çox qürurlanıram”.
Скопировано
