Выбрать плеер:

Sinif otaqları "gizli biznes ofisləri"nə çevrilib? | "Buna görə bağlayırlar ki..."

14 ноября 2025 100 просмотров

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də məktəb sinif otaqlarının repetitorlara icarəyə verilməsi ilə bağlı yayılan iddialardır.

Sosial platformalarda demək olar ki, hər gün bu məsələni əks etdirən müxtəlif paylaşımlara rast gəlinir. Bir çoxları belə halların qanunsuz olduğunu bildirir.

Mütəxəssislərin isə mövzu ilə bağlı fikirləri birmənalı deyil.

Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, bəzi məktəb rəhbərləri sinif otaqlarını müəllimlərə icarəyə verərək şagirdlərin əlavə ödəniş qarşılığında repetitor yanına gəlməsinə şərait yaradırlar:

“Məktəb rəhbərliyi anlamalıdır ki, orta ümumtəhsil müəssisələri onların şəxsi mülkü deyil. Bu hallar həm ictimaiyyət, həm də valideynlər tərəfindən ciddi narahatlıqla qarşılanır”.

Təhsil eksperti Elnur Hacıyev isə bildirir ki, bu məsələ müəyyən qaydalar çərçivəsində tənzimlənə bilər. Qanunveriliciyə əsasən, dövlət təhsil müəssisəsi hüquqi bir şəxsdir və hüquqi şəxs kimi fəaliyyət göstərdiyi üçün onun müstəqil balans hesabı ola bilər:

“Əgər göstərilən xidmət və ya fəaliyyət təhsil müəssisəsinin nizamnaməsinə uyğun olarsa və qanuna zidd deyilsə, həyata keçirilə bilər”.

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə isə sinif otaqlarından kommersiya məqsədilə istifadə edilməsi qanunla qadağandır:

“İnzibati Xətalar Məcəlləsinin 560-cı maddəsinə əsasən, dövlət əmlakının müəyyən edilmiş qaydaların pozulması ilə icarəyə verilməsinə görə vəzifəli şəxslər 3500-5000 manat məbləğində cərimə oluna bilərlər. Bu, məktəb direktorunun birbaşa inzibati məsuliyyətə cəlb edilməsidir. Repetitorluq nəticəsində gəlir əldə olunubsa, bu zaman qanunsuz sahibkarlıq və vergidən yayınma ilə bağlı inzibati və ya cinayət məsuliyyəti də yarana bilər”.

Скопировано
"Hər şeyin səbəbkarı Merkuri" filminin təqdimatı baş tutdu - Baku TV

"Hər şeyin səbəbkarı Merkuri" filminin təqdimatı baş tutdu - Baku TV

Cəmiyyət
08 декабря 2025 100 просмотров
Yol kənarındakı ağacların meyvələrini kimlər yığa bilər? - Baku TV

Yol kənarındakı ağacların meyvələrini kimlər yığa bilər? - Baku TV

Cəmiyyət
08 декабря 2025 100 просмотров
Biz anladıq ki, ABŞ beynəlxalq sülh gündəminə tam sadiqdir | Hikmət Hacıyev - Baku TV

Biz anladıq ki, ABŞ beynəlxalq sülh gündəminə tam sadiqdir | Hikmət Hacıyev - Baku TV

Cəmiyyət
07 декабря 2025 100 просмотров
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? - Baku TV

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? - Baku TV

Cəmiyyət
07 декабря 2025 100 просмотров
Bunlar da "normal hal"dır?! - Faciəvi yanğın: Bilinən, amma düzəldilməyən problemlər | XÜLASƏ

Bunlar da "normal hal"dır?! - Faciəvi yanğın: Bilinən, amma düzəldilməyən problemlər | XÜLASƏ

Cəmiyyət
07 декабря 2025 100 просмотров
"Boşluğa xütbə" filminin Bakı premyerası baş tutub

"Boşluğa xütbə" filminin Bakı premyerası baş tutub

Cəmiyyət
07 декабря 2025 100 просмотров
Ər və 12 yaş böyük arvadının qeyri-adi tanışlıq hekayəsi l "Çingiz xanın nəvəsinin məzarı buradadır"

Ər və 12 yaş böyük arvadının qeyri-adi tanışlıq hekayəsi l "Çingiz xanın nəvəsinin məzarı buradadır"

Cəmiyyət
07 декабря 2025 100 просмотров
"İstifadə edib, yarı yolda qoydular" - Əlil idmançı üçün nə qədər pul lazımdır? - ARZUNUN VAXTI

"İstifadə edib, yarı yolda qoydular" - Əlil idmançı üçün nə qədər pul lazımdır? - ARZUNUN VAXTI

Cəmiyyət
06 декабря 2025 100 просмотров
"Layihələrin hamısını tapşırmışdılar" | Orxan Mərdan gizli iclaslardan, qalmaqallardan danışdı

"Layihələrin hamısını tapşırmışdılar" | Orxan Mərdan gizli iclaslardan, qalmaqallardan danışdı

Cəmiyyət
06 декабря 2025 100 просмотров
Azad Mirzəcanzadə inkişaf proqramının 3-cü dalğasının oriyentasiya günü - Baku TV

Azad Mirzəcanzadə inkişaf proqramının 3-cü dalğasının oriyentasiya günü - Baku TV

Cəmiyyət
06 декабря 2025 100 просмотров
Выбранные
icon