ABŞ-İran arasında atəşkəs daha 2 həftə uzadılacaq?
Birləşmiş Millətlər Təşkilatı İrana humanitar yardım üçün 12 milyon dollar ayırır.
Bu barədə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer sosial media hesabında məlumat verib.
O, İsrail və ABŞ-nin müharibə zamanı vurduğu ziyana toxunaraq bildirib: "Minlərlə mülki şəxs həlak olub. İnfrastruktur dağılıb. Kritik xidmətlər pozulub. Bu maliyyələşdirmə tərəfdaşlarımıza genişmiqyaslı və həyati əhəmiyyətli yardım göstərməyə kömək edəcək".
Çin tərəfindən isə İrana 58 ton dərman yardımı göndəriləcəyi bildirilir. Bu barədə Çinin Tehrandakı səfiri Konq Peyvu İranın Qızıl Aypara Cəmiyyətini məlumatlandırıb.
"Çin Xalq Respublikasının Tehrandakı səfiri İrana 58 ton dərman yardımı yükünün bağışlandığını xəbər verib", – məlumatda bildirilib və əlavə edilib ki, bu, Pekinin beynəlxalq humanitar öhdəliklərə sadiqliyinin simvoludur.
Bu arada, ABŞ və İran sülh sazişi üzrə danışıqları davam etdirmək üçün daha çox vaxt qazanmaq məqsədilə müddəti bitən mövcud atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər. Bu barədə "Bloomberg" məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Qeyd olunur ki, tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri müzakirə etmək məqsədilə texniki məsləhətləşmələr təşkil etmək üçün səylər göstərirlər. Əsas mövzular arasında Hörmüz boğazında əməliyyatların bərpasının mümkünlüyü və İranda uranın zənginləşdirilməsi ilə bağlı məsələlər var.
Mənbənin sözlərinə görə, müzakirələr ilkin xarakter daşıyır və hələlik yekun qərarlar qəbul edilməyib.
Тег #BMT используется
- Sudanda gərginlik davam edir | Münaqişələr zamanı minlərlə ölən var - Baku TV
- İran BMT-ni beynəlxalq hüququ pozan dövlətlərin məsuliyyətə cəlb olunmasında israr etməyə çağırıb
- BMT baş katibinin sözçüsündən Hörmüzlə bağlı önəmli açıqlama
- WUF13 çərçivəsində "Təmiz Şəhər"ə mediatur təşkil olundu
- WUF13 ilə əlaqədar hazırlıq işləri sürətlə davam edir - Baku TV
