Выбрать плеер:
ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü
ABŞ Ordusu Sakit okeanın şərgində narkotik daşıyan gəmiyə zərbə endirib.
Hadisə nəticəsində iki nəfər ölüb.
"Kəşfiyyat gəminin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatı ilə məşğul olduğunu təsdiqləyib", – deyə ABŞ Ordusunun "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.
Açıqlamada qeyd olunub ki, ABŞ-nin hərbi qüvvələri hər hansı zərər görməyib.
Скопировано
