ABŞ və İsrail liderləri regional məsələlərdə razılığa gəldi - Baku TV
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla ortaq mövqeyə gəldiyini bildirib.
Netanyahu bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“Prezident Trampla məsələ ilə bağlı gecə saatlarında telefon danışığı apardım. İranın nüvə təhlükəsinin aradan qaldırılması məsələsində həmfikir olduq. Bu isə İranın uranı zənginləşdirmə obyektlərinin ləğvini və zənginləşdirilmiş nüvə materialının ölkə ərazisindən çıxarılmasını nəzərdə tutur”, – deyə Netanyahu vurğulayıb.
Baş nazirin sözlərinə görə, Tramp həmçinin İsrailin bütün istiqamətlərdə, o cümlədən Livanda təhdidlərə qarşı özünün müdafiə hüququnun olduğunu bir daha təsdiqləyib. O qeyd edib ki, ABŞ və İsrail qüvvələri İran təhdidinə qarşı əməliyyatlarda birlikdə fəaliyyət göstəriblər.
