"Müddət sona yaxınlaşır" | Serbiya Prezidenti istefa verməsinin mümkünlüyünü bildirdi - Baku TV
Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın vaxtlarda istefa verməsinin mümkünlüyünü bildirib.
Çinə səfər edən və Pekində jurnalistlərə danışan Serbiya Prezidenti mandat müddətinin sona yaxınlaşdığını söyləyib.
Dövlət başçısı vurğulayıb ki, bununla belə, ölkənin keçmiş prezidenti Boris Tadiç kimi səlahiyyət müddətini vaxtından əvvəl qısaltmayacaq.
Vuçiç həmçinin Serbiya Tərəqqi Partiyasının iyunun 26-dan 28-dək toplantılar keçirəcəyini açıqlayıb.
Dövlət başçısı bildirib ki, vətəndaşlara veriləcək mesajlar iştirakçı sayından daha vacib olacaq. O həmçinin Avropa ölkələrini Çinə rəqib yox, tərəfdaş kimi baxmağa çağırıb.
"Avropada Çinlə bağlı müzakirələr çox vaxt şübhə və strateji narahatlıqlarla qalır. Başa düşürəm, hər böyük siyasi icma öz gələcəyini düşünməlidir, amma hesab edirəm ki, Avropa Çinə qorxu və şübhə ilə deyil, inamla və səmimi əməkdaşlıq istəyi ilə yanaşmalıdır", – deyə Vuçiç bildirib.
