Hər gün ət yeməyin faydaları | Kişilərdən daha çox qadınlar...
Çin tədqiqatçıları müəyyən ediblər ki, hər gün ət yemək çəkisi normadan az olan qadınların 100 yaşa qədər yaşama ehtimalını 44 faiz artırır.
Bununla yanaşı, balıq, yumurta və ya süd məhsulları istehlak edən bəzi vegetarianlar da ətyeyənlər qədər yüz yaşa çatıblar. Bu fakt göstərir ki, əsas məsələ birbaşa ət deyil, kifayət qədər zülal və kalori qəbuludur.
Alimlər insanları balanslaşdırılmış qidalanmaya çağırır, lakin bütün yaş qrupları üçün universal qaydaların olmadığını da vurğulayırlar. Qeyd olunur ki, insanlar əvvəlki dövrlərlə müqayisədə daha uzun yaşayırlar.
Alimlərin proqnozlarına əsasən, 2050-ci ilə qədər 80 yaşdan yuxarı insanların sayı təxminən yarım milyarda çatacaq. Ömrün uzanması qismən qidalanmanın yaxşılaşması ilə əlaqələndirilsə də, yaşlılıq dövründə hansı qidaların daha uzun və sağlam həyat təmin edəcəyini mütəxəssislər hələ də araşdırırlar.
Çində 80 və daha yuxarı yaşda olan 5 mindən çox insan arasında aparılan araşdırma göstərib ki, rasionunda ət olan qadınların 100 yaşa çatma ehtimalı vegetarianlardan daha yüksəkdir.
Tədqiqatçılar məlumatları cinsə görə təhlil etdikdə kişilər arasında uzunömürlülük və vegetarianlıq arasında ciddi əlaqə aşkar etməyiblər. Araşdırmalar pəhriz seçiminin uzunömürlülüyün əsas səbəblərindən biri ola biləcəyi fikrini dəstəkləyir.
Тег #Mal əti используется
- Mal ətinin qadınlara faydası
- Keyfiyyətli əti necə seçək? | Ət alarkən nəzərə alınmalı nüanslar - Baku TV
- Ətdən ötrü ürəyi gedənlərin diqqətinə | Çinli alimlərdən inqilabi addım
- Ət qiymətləri tarixdə görünməmiş həddə çatdı | Dünyada ət böhranı başlayır
- Çin bazarını onlar ələ keçirir | Vaşinqtondan Pekinə mal əti gəlməyəcək?
